"Qarabağ" - APOEL: iki gündə 8000 bilet satılıb
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində APOEL-lə keçirəcəyi oyunun bilet satışı davam edir. Qarşılaşmaya maraq kifayət qədər böyükdü. Biletlər cəmi 2 gündü satışa çıxarılmasına baxmayaraq, artıq 8000-i satılıb.



























