"Liverpul" və "Milan"ın sabiq yarımmüdafiəçisi Suso 32 yaşında futbolçu karyerasını başa vurub. Təcrübəli ispaniyalı oyunçu yaşıl meydanlarla vidalaşmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, "Kadis" klubunun mətbuat xidməti rəsmi saytı vasitəsilə təcrübəli oyunçunun karyerasını bitirməsi barədə məlumat yayıb.

Bildirilir ki, "Kadis" rəhbərliyi ilə Xesus Xoakin Fernandes (Suso) arasında razılıq əldə olunub. Sazişə əsasən, əsas komandanın sabiq kapitanı oktyabr ayından etibarən klubun rəsmi nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Kadis şəhərində doğulan və uşaqlıqdan bu komandanın sadiq azarkeşi olan futbolçu, parlaq karyerasından sonra futbola başladığı kluba qayıtmaq üçün ötən mövsüm böyük fədakarlıq edib. Lakin son bir ildə yaranmış vəziyyət onun ən böyük xəyalını reallaşdırmağa - "Kadis"i yenidən yüksək diviziona çıxarmağa mane olub.

"Kadis" klubu bu çətin dönəmdə göstərdiyi sadiqliyə və fədakarlığa görə təcrübəli futbolçuya təşəkkür edib. Bundan sonra Suso rəsmi nümayəndə olaraq klubun rənglərini və emblemini təmsil edəcək

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest