"Qarşıda uzun bir marafon var və yaxşı nəticələr əldə etmək üçün əlimizdən gələni edəcəyik".

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində "İmişli" səfərdə "Şəfa"nı 0:1 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məşqçisi Zaur Həşimov görüş haqda fikrilərini bildirib:

"Yaxşı oyun alındı. Həm yüksək temp, həm də çoxlu mübarizə ilə yadda qalan dinamik qarşılaşma idi. İkinci hissəyə yaxşı başlamadıq və həmin vaxt biz qol imkanından yararlandıq. Ümumilikdə, komandanın oyunundan narazı qalmadım. Qarşıda uzun bir marafon var və yaxşı nəticələr əldə etmək üçün əlimizdən gələni edəcəyik.

İlk turda da qənaətbəxş çıxış etdiyimizi düşünürəm. Fikrimcə, bu turda da komandam pis deyildi. Epizodlarımız çox oldu, yararlana bilmədik".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest