29 Avqust 2026, 12:10
FUTBOL
"Çelsi"nin yarımmüdafiəçisi Enso Fernandes "Mançester Siti" ilə şəxsi müqavilənin şərtlərinə dair şifahi razılıq əldə edib.
Matc.az xəbər verir ki, insayder Fabrisio Romano özünün "X" sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.
Bildirilir ki, "şəhərlilər" hələ rəsmi təklif göndərməsələr də, yaxın vaxtlarda təmaslar baş tutacaq. Argentinalı futbolçu bu həftəsonu "Çelsi"ni tərk edə bilər.
London klubunun Fernandesin transferi üçün 120 milyon funt-sterlinq (140 milyon avro) tələb etdiyi qeyd edilir.
Fernandes 2023-cü ilin yanvarından London komandasında çıxış edir. Oyunçunun klubla hazırkı müqaviləsi 2032-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 100 milyon avro təşkil edir.













