"Sabahın Ulduzları" Bakı Kubokunun U-14 yaş qrupunda VII turun qarşılaşmaları başa çatıb. Turnirdə növbəti oyun gününün nəticələri bəlli olub.
Matc.az xəbər verir ki, turnirin təşkilat komitəsi U-14 yaş qrupunda qeydə alınan nəticələri və U-15 yaş qrupunda növbəti turun oyun təqvimini açıqlayıb.
VII tur çərçivəsində keçirilən üç qarşılaşmada ümumilikdə 19 qol vurulub.
Turnirin U-15 yaş qrupunda növbəti turun oyunları isə bu gün baş tutacaq.
28 avqust
U-14, VII tur
“Vətən” – “Sumqayıt” - 1:5
Qollar: Milos Malobabic (67) // Mehrac Əhmədli (20), Rəsul Əliyev (29), №10. Ramal Dünyamalı (31, 69), Ali Əliyev (70)
EFA – “Qarabağ” - 0:5
Qollar: Rişad Rəncibar (21), Əli Aşurlu (29), Ayxan Babazadə (43), Tunar Məmmədov (67), Elgün Həbibov (73)
“Zirə” – “Qəbələ” - 3:5
Qollar: Akif Atayev (32, 48, 56) // Rüfət Sadiqov (2, 80+6), Hüseyn Kərimli (13, 74), Murad Məhərrəmli (31)
Avqustun 29-da keçiriləcək oyunların təqvimi:
U-15 / VII tur
“Sumqayıt” – “Neftçi”
“Rekord” – “Qəbələ”
“Qarabağ” – “Zirə”













