"Turan" voleybol komandası 2026/2027 mövsümü üçün məşqçilər heyətinin formalaşdırılmasını tamamlayıb.

Matc.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandanın baş məşqçisi Ziya Rəcəbovun rəhbərliyi altında yeni mövsümdə məşqçilər korpusunda beş mütəxəssis yer alıb.

Savalan Şahbazov ilə Kənan Mustafayev məşqçi, Rəvan Hüseynli köməkçi məşqçi, Sinisa Popek fitness məşqçisi, Faruk Kaymak isə statist olub.

Xatırladaq ki, "Turan" Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" kollektivi ilə üz-üzə gələcək. İlk qarşılaşma 20-22 oktyabrda evdə, cavab matçı 27-29 oktyabrda səfərdə baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest