"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyun cədvəli dəqiqləşib

Matc.az xəbər verir ki, ölkəmizi nüfuzlu turnirdə təmsil edən komandanın rəqibləri ilə qarşılaşacağı tarixlər müəyyənləşib.

Azərbaycan çempionu turnirdəki çıxışına sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"lə matçla start verəcək. "Bayquşlar" növbəti oyunlarını Bakıda keçirəcək: oktyabrın 13-də Çexiyanın "Slaviya", oktyabrın 20-də isə Almaniyanın "Borussiya" (Dortmund) kollektivi qonaq olacaq.

Noyabrın 4-də Norveçdə "Vikinq"in qonağı olacaq təmsilçimiz, noyabrın 25-də doğma meydanda İspaniya nəhəngi "Barselona"nı qəbul edəcək.

Dekabrın 8-də səfərdə "Vilyarreal"la üz-üzə gələcək komandamız, növbəti il yanvarın 20-də Bakıda İtaliyanın "Napoli" klubu ilə üz-üzə gələcək. "Sabah" əsas mərhələdəki son oyununu yanvarın 27-də Londonda "Arsenal"a qarşı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest