Fil Dişi Sahili yarımmüdafiəçisi Frank Kessye "Atalanta"nın futbolçusu olub. Təcrübəli oyunçu yenidən İtaliya A Seriyasına qayıdıb.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin dəqiq müddəti açıqlanmasa da, uzunmüddətli saziş imzalandığı qeyd olunur. Kessye "Atalanta"ya azad agent statusu ilə keçib. Onun "Əl-Əhli" ilə müqaviləsinin müddəti cari ilin iyun ayının sonunda başa çatmışdı.
Kessyenin "Atalanta"ya keçidi kifayət qədər gözlənilməz olub, çünki oyunçuya əsas namizədlər qismində "Yuventus" və "Roma" göstərilirdi. Lakin Turin təmsilçisi 29 yaşlı yarımmüdafiəçinin müqaviləsinin maliyyə şərtləri barədə razılığa gələ bilməyib, "Roma"nın marağı isə son günlərdə azalıb.
Beləliklə, Kessye 9 illik fasilədən sonra "Atalanta"ya geri dönüb. O, daha əvvəl 2016/17 mövsümündə bu klubda çıxış edib. Yarımmüdafiəçi karyerası ərzində "Çezena", "Milan" və "Barselona"nın da şərəfini qoruyub.













