29 Avqust 2026, 10:28
FUTBOL
"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 104-cü qolunu vuraraq klub rekordunu yeniləyib.
Matc.az xəbər verir ki, bu barədə "FIFA World Cup Stats" resursu məlumat yayıb.
Cari mövsümün IV turunda "Əl-Taavun"a qarşı keçirilən oyunun (2:1) 50-ci dəqiqəsində Ronaldo topu rəqib qapısından keçirərək komandasına qələbə qazandıran qola imza atıb.
Ronaldonun vurduğu 104-cü qol portuqaliyalı ulduza "Əl-Nəsr"in Səudiyyə Ərəbistanı Pro Liqasındakı yeni klub rekordunu müəyyənləşdirmək imkanı verib. Ronaldo bununla da çempionatda klubun heyətində daha əvvəl 103 qol vurmuş Məhəmməd Əl-Sahlavinin göstəricisini geridə qoyub.













