"Aston Villa" 18 yaşlı vinger İbrahim Mbayenin keçidi ilə bağlı PSJ ilə prinsipial razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, İngiltərə klubu seneqallı futbolçu üçün 55 milyon avro ödəyəcək. Hazırda tərəflər sövdələşmənin rəsmiləşdirilməsini və lazımi sənədlərin hazırlanmasını tamamlayırlar.
Mbaye 2018-ci ildə PSJ akademiyasına qoşulub, Paris təmsilçisinin əsas komandasında isə 2024-cü ildə, 16 yaşında debüt edib. O, klubda ümumilikdə 42 matça çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Ötən mövsüm seneqallı oyunçu bütün turnirlərdə 29 qarşılaşmada iştirak edərək aktivinə 3 qol və 2 assist yazdırıb.
Həmçinin bu yay Mbaye Seneqal millisinin heyətində dünya çempionatının dörd matçında iştirak edib və qrup mərhələsində Fransanın qapısına yol tapıb. Seneqallılar turnirdə 1/16 finala qədər irəliləyiblər və burada əlavə vaxtda Belçikaya (2:3) uduzublar.













