Səudiyyə Ərəbistanı Pro Liqasında 2026/2027 mövsümünün IV turunun "Əl-Nəsr" "Əl-Taavun" ilə üz-üzə gəlib.

Matc.az xəbər verir ki, Ər-Riyaddakı "Əl-Avval Park" stadionunda keçirilən oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 11-ci dəqiqədə "Əl-Taavun"un müdafiəçisi Bassam Əl-Hurayci açıb. İlk hissəyə əlavə olunmuş vaxtda "Əl-Nəsr"in yarımmüdafiəçisi Samu Koşta bərabərlik qolunu vurub. 50-ci dəqiqədə isə hücumçu Kriştiano Ronaldo meydan sahiblərinə qələbə qazandıran qola imza atıb.

Pro Liqada keçirdiyi 4 oyundan sonra 12 xal toplayan "Əl-Nəsr" turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. 2 xalı olan "Əl-Taavun" isə 15-ci sırada yer alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest