"Kəpəz" – "Turan Tovuz" qarşılaşmasından öncə konsert proqramı təşkil olunacaq.

"Kəpəz" – "Turan Tovuz" qarşılaşmasından öncə konsert proqramı təşkil olunacaq. Qərb derbisi ərəfəsində azarkeşlər üçün musiqili əyləncə nəzərdə tutulub.

Matc.az xəbər verir ki, "Kəpəz" klubunun mətbuat xidməti matçdan əvvəl keçiriləcək mədəni tədbir və bilet satışı barədə məlumat yayıb.

Bildirilir ki, saat 17:00-da Pərviz Abdullayevin konserti ilə futbol həyəcanına start veriləcək. "Kəpəz" – "Turan Tovuz" oyunu isə Gəncə şəhər stadionunda saat 18:00-da başlayacaq.

Azarkeşlər biletləri Gəncə şəhər stadionunun bilet satış məntəqəsindən və "iTicket.az" platforması üzərindən onlayn əldə edə bilərlər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest