29 Avqust 2026, 14:42
FUTBOL
"Cenoa" "Santos"un 18 yaşlı hücumçusu Robinyonun keçidi ilə bağlı şifahi razılıq əldə edib. Braziliyalı gənc istedad karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, insayder Fabrisio Romano özünün "X" sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.
Bildirilir ki, tərəflər transferin sonradan birdəfəlik satın alma variantı ilə icarə əsasında reallaşması barədə razılığa gəliblər.
Robinyo artıq İtaliyadadır və tezliklə Genuya klubunun düşərgəsinə qoşulmalıdır.
Qeyd edək ki, hücumameyilli mövqedə çıxış edən 18 yaşlı braziliyalı futbolçu "Real", "Mançester Siti" və "Milan"ın sabiq ulduzu Robinyonun oğludur.













