"Roma" cinah hücumçusu Luis Enrikenin transferi ilə bağlı "Zenit"lə birbaşa danışıqlar aparır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, braziliyalı vingerin namizədliyi Roma klubuna təklif olunub, bundan sonra rəhbərlik keçidin şərtlərini öyrənmək üçün qarşı tərəfə sorğu göndərib.

Cari mövsümdə Enrike bütün turnirlərdə 6 matçda iştirak etsə də, fərqlənə bilməyib. 25 yaşlı oyunçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 24 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest