"Yuventus"un 26 yaşlı kanadalı mərkəz hücumçusu Conatan Devid karyerasını "Atletiko"da davam etdirə bilər.

Matc.az xəbər verir ki, insayder Fabrisio Romano bu barədə məlumat yayıb.

Bildirilir ki, Madrid klubunun nümayəndələri artıq bu transferlə bağlı həm futbolçu, həm də klubu ilə danışıqlar aparır. Devid Madrid klubunun mərkəz hücumçusu mövqeyi üçün müəyyənləşdirdiyi üç əsas namizəddən biridir.

Bu danışıqların uğuru "Atletiko"nun təklif edəcəyi şərtlərdən asılı olacaq.

Qeyd edək ki, Devid 2025-ci ilin yayında Fransa "Lill"indən azad agent statusu ilə "Qoca sinyora"ya qoşulub.

Hücumçu bu müddət ərzində Turin klubunun heyətində 46 matça çıxıb, 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan əlavə, Devidin milli komandanın heyətində 82 oyunu var (42 qol və 20 məhsuldar ötürmə). 26 yaşlı oyunçu Kanada millisinin D-2026-da iştirak edib. Devid turnirdə qrup mərhələsinin ikinci turunda Qətərə qarşı keçirilən oyunda (6:0) rəsmiləşdirdiyi het-triklə yaddaqalan olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest