"Yuventus"un yarımmüdafiəçisi Fabio Miretti karyerasını Türkiyənin "Beşiktaş" klubunda davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, "Beşiktaş" 23 yaşlı italyan futbolçunu 2 milyon avro qarşılığında icarəyə götürüb. Mövsümün sonunda İstanbul klubu yarımmüdafiəçini 13 milyon avroya birdəfəlik satın almaq hüququna sahib olacaq.

Miretti üçün bu, karyerasındakı ikinci icarə dövrüdür. Yarımmüdafiəçi daha əvvəl "Cenoa"da çıxış edib.

"Yuventus" akademiyasının yetirməsi olan və klub sisteminin bütün mərhələlərini keçən Miretti Turin təmsilçisinin əsas komandasında 2021-ci ildə debüt edib, sonradan isə İtaliya milli komandasına dəvət alıb.

O, A Seriyasının ötən mövsümündə 23 matça çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Mərkəz yarımmüdafiəçisinin aktivində İtaliya yığmasının heyətində keçirilmiş 1 oyun da var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest