"Qarabağ"ın sabiq futbolçusu Kamilo Duran Şotlandiyanın "Seltik" klubundakı uğurlu çıxışını davam etdirir.

"Qarabağ"ın sabiq futbolçusu Kamilo Duran Şotlandiyanın "Seltik" klubundakı uğurlu çıxışını davam etdirir. Hücumçu məhsuldarlığı ilə Qlazqo təmsilçisinin heyətində diqqət mərkəzindədir.

Matc.az xəbər verir ki, ölkə çempionatının III turu çərçivəsində "Seltik" doğma meydanda "Falkirk" kollektivini qəbul edib.

Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Seltik"in qələbəsində baş rol oynayan Duran bu oyunda dubla imza atıb. Qarşılaşmanın 4-cü və 29-cu dəqiqələrində rəqib qapısına yol tapan kolumbiyalı hücumçu matçın ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, çempionatda keçirdiyi 3 oyundan sonra aktivində 3 qələbə olan Qlazqo təmsilçisi turnir cədvəlinin birinci pilləsində yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest