"Meydanda yaradıcı olmağı və sərbəstliyi xoşlayıram".
"Neftçi"nin heyətinə yeni qatdığı Denzel Jubitana paytaxt təmsilçisinin uğurları üçün maksimum gücü ilə çalışacağını bildirib. Hücumameyilli belçikalı oyunçu komandaya kömək etmək üçün böyük motivasiyaya malikdir.
Matc.az xəbər verir ki, "ağ-qaralar"ın yeni transferi klubun mətbuat xidmətinə gələcək planları və hədəfləri barədə açıqlama verib.
Bildirilir ki, 27 yaşlı vinger öz oyun fəlsəfəsini və komandaya verə biləcəyi faydanı xüsusi vurğulayıb. Jubitana pərəstişkarları önünə çıxmaq üçün səbirsizləndiyini qeyd edərək deyib: "Ən güclü tərəflərimdən biri kreativliyimdir. Meydanda yaradıcı olmağı və sərbəstliyi xoşlayıram. Mən bu klub üçün hər şeyimi verməyə hazıram. Ən qısa zamanda görüşənədək".
Qeyd edək ki, Bakı klubu belçikalı futbolçu ilə 2 illik sözləşmə imzalayıb.













