"Milan"ın 25 yaşlı dayaq yarımmüdafiəçisi Samuele Riççi icarə əsasında "Komo"ya keçib.

Matc.az xəbər verir ki, bu barədə "Komo" klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, icarə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub. Bundan əlavə, klubun istəyi olacağı təqdirdə, futbolçunun birdəfəlik satın alınması variantı da müqavilədə yer alıb.

Qeyd edək ki, "Empoli"nin yetirməsi olan Riççi 2022-ci ilin əvvəlində bu klubu icarə əsasında tərk edərək "Torino" ilə müqavilə imzalamışdı. İtaliyalı futbolçu ötən ilin yayında məhz Turin təmsilçisindən "Milan"a qoşulmuşdu.

O, "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 34 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan əlavə, Riççi İtaliya milli komandasının heyətində 11 oyunda iştirak edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest