"Kəpəz" futbol klubunun Media və Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib.

"Kəpəz" futbol klubunun Media və Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib. Bölgə təmsilçisi rəhbərliyin qərarı ilə inzibati heyətində dəyişiklik edib.

Matc.az xəbər verir ki, bu vəzifəyə tanınmış idman jurnalisti Aqşin Əliyev gətirilib. O, bu postda Gəray Qiyasovu əvəzləyib.

Jurnalist fəaliyyətinə "525-ci qəzet"də başlayan Aqşin Əliyev daha sonra APA İnformasiya Agentliyində çalışıb. Təcrübəli mütəxəssis bundan əvvəl "Neftçi" və MOİK klublarında da fəaliyyət göstərib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest