"Milan"ın hücumçusu Rafael Leaunun "Qalatasaray"a keçidi baş tutub.

Matc.az xəbər verir ki, insayder Nikolo Skira özünün "X" sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.

Bildirilir ki, Türkiyə klubu 27 yaşlı portuqaliyalı üçün 44 milyon avro ödəyəcək, "Milan" isə oyunçunun növbəti satışından 20 faiz pay alacaq.

Leaunun bu gün günortadan sonra tibbi müayinədən keçməsi və İstanbulda müqavilə imzalaması gözlənilir. Razılaşma 2030-cu ilə qədər nəzərdə tutulub, futbolçunun illik maaşı isə 12 milyon avro təşkil edəcək.

Ötən mövsüm Leau bütün turnirlərdə 31 matçda iştirak edib, 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə isə Leau rəsmi oyunlarda meydana çıxmayıb. "Transfermarkt" vingerin dəyərini 50 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest