Fransa Peşəkar Futbol Liqası (LFP) PSJ klubunu "Park de Prens" stadionunun ot örtüyünün qeyri-qənaətbəxş vəziyyətdə olmasına görə 150 000 avro məbləğində cərimələmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" idman nəşri məlumat yayıb.
Bildirilir ki, paytaxt təmsilçisi anomal istilər səbəbindən ev arenasının ot örtüyünün zədələnməsinə görə Liqa 1-in start turunda "Renn"ə qarşı keçirilməli olan matçın məkanını dəyişmək məcburiyyətində qalmışdı. Nəticədə həmin qarşılaşma "qırmızı-qaralar"ın ev meydanı olan "Ruajon-Park" stadionunda baş tutub və 2:2 hesablı heç-heçə ilə başa çatıb. Paris komandasını məğlubiyyətdən "Barselona"dan yeni transfer olunan Ferran Torres xilas edib.
LFP-nin Yarış Komitəsi reqlamentin 501.4-cü maddəsinə əsasən, ev stadionunu lazımi vəziyyətdə saxlamaq və ya gözlənilməz hallar üçün alternativ variant təqdim etmək öhdəliyini pozduğu üçün Paris klubuna maliyyə sanksiyası tətbiq edib.













