29 Avqust 2026, 12:45
FUTBOL
Azərbaycanın tanınmış idman aparıcısı Aidə Əliyeva karyerasında yenilik edib.
Azərbaycanın tanınmış idman aparıcısı Aidə Əliyeva karyerasında yenilik edib. "CBC Sport" kanalının əməkdaşı fəaliyyətini milli assosiasiyada davam etdirəcək.
Matc.az xəbər verir ki, tanınmış jurnalist özünün sosial media hesabı vasitəsilə yeni təyinatı barədə məlumat yayıb.
Bildirilir ki, o, AFFA-nın İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsinə gətirilib.
Aidə Əliyeva paylaşımında artıq yeni işinin icrasına başladığını diqqətə çatdırıb.













