"Fənərbaxça" "Nitsa"dan Qana millisinin müdafiəçisi Kojo Peprah Opponqu transfer edib.

Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçu ilə 4 illik müqavilə imzalanıb. 22 yaşlı oyunçunun transfer dəyəri 12 milyon avro təşkil edib. Fransa klubu futbolçunun növbəti mümkün satışından da 10 faiz pay ala biləcək.

Opponq 1 il əvvəl İsveç təmsilçisi "Norçepinq"dən "Nitsa"ya 2,68 milyon avro qarşılığında keçmişdi.

O, bu il Qana milli komandasının heyətində dünya çempionatında iki matçda meydana çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest