Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın qonağı olacaq "Partizani"nin təxmini "11-liy"i müəyyənləşib. Baş məşqçi Franko Lerdanın cavab qarşılaşması üçün heyəti bəllidi.
Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la Bakıda cavab qarşılaşmasına çıxacaq "Partizani" növbəti mərhələyə ümidini itirmir. Albanlar şanslarının az olduğu qənaətindədi. Yerli KİV hətta Tiranadakı qolsuz bərabərliyi belə, böyük uğur hesab edir.
Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la "Partizani" arasında keçiriləcək cavab oyununun hakimləri açıqlanıb. UEFA Bakıdakı qarşılaşmaya Moldovadan olan hakimlər briqadasını göndərir. Görüşü Dumitru Muntean idarə edəcək.
Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Partizani" oyunu üçün qonaq komandaya 350 bilet ayrılıb. Bu rəqəm UEFA-nın qaydalarına əsasən müəyyən edilib. Ancaq qarşılaşmanın keçiriləcəyi "Dalğa Arena"da oyun günü 350 albaniyalının olması gözlənilmir.
"Yaxşı oyun keçdi. "Qarabağ" güclü komandadı. Qol imkanlarımız olsa da, yararlana bilmədik. İstənilən halda qolsuz bərabərlik yaxşı nəticədi. Bu hesab sayəsində əmsalımızı da artırırıq. Açıq oyun getdi, xüsusi bir şey baş vermədi".
Albaniya çempionu "Partizani" transfer çalışmalarını davam etdirir. Komanda Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyunöncəsi heyətini daha 2 oyunçu ilə gücləndirib.
Domen sahibinin adı: Əsgərov İxtiyar Kamal oğlu VÖEN: 7302144052 Tel: +994 50 286 01 35, +994 70 286 01 35 E-mail: ixtiyar1973@gmail.com Ünvan: Səbail rayonu, Yeni Salyan Şossesi, 22. Məsul redaktorun adı soyadı: Əsgərov İxtiyar Kamal oğlu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.