30 Avqust 2026, 10:36
FUTBOL
"Arsenal" "Kolxeti"nin 17 yaşlı gürcü yarımmüdafiəçisi Andriya Bartişvilinin transferi barədə razılığa gəlib.
Matc.az xəbər verir ki, insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, sövdələşmənin məbləği 4,5 milyon avro təşkil edəcək. Növbəti həftə Bartişvili Londona yollanacaq, orada tibbi müayinədən keçəcək və bundan sonra London klubu ilə 5 illik müqavilə imzalayacaq.
Hazırda futbolçu icarə əsasında Tbilisi "İberiya 1999" komandasında çıxış edir. Cari mövsümdə o, 24 matçda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bununla belə, Bartişvili "Arsenal"a dərhal qoşula bilməyəcək. Oyunçu rəsmi olaraq 2027-ci ildə, 18 yaşı tamam olduqda İngiltərə klubunun futbolçusu olacaq.













