30 Avqust 2026, 10:12
FUTBOL
"Mançester Siti" "Liverpul"un və Niderland millisinin vingeri Kodi Qakponun transferi üzərində işləyir.
Matc.az xəbər verir ki, insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, 27 yaşlı oyunçu artıq şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Hazırda klublar transfer məbləği barədə danışıqlar aparırlar.
Qeyd olunur ki, "Liverpul" yeni vinger tapsa, Qakponu satmağa hazırdır.
2025/26 mövsümündə Qakpo "Liverpul"un heyətində 52 matçda meydana çıxıb, 9 qol vurub və 6 qolun ötürməsini verib. Onun "qırmızılar"la müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.













