07 Avqust 2025, 16:11
FUTBOL
"Sabah"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Levski" futbolçusu Klement İkenna ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bolqarıstan klubu nigeriyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, "Levski"- "Sabah" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu komandalar arasında cavab görüşü isə ayən 14-də "Bank Respublika Arena"da təşkil olunacaq.