"Bornmut"un və Ukrayna millisinin müdafiəçisi İlya Zabarnıy PSJ-yə keçidini başa vurub.

Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Fransa nəhənginin mərkəz müdafiəçisinin transferini sabah, avqustun 11-də açıqlayacağı gözlənilir. "Bornmut" oyunçusu üçün 63 milyon avro alacaq, daha 3 milyon avro isə bonus olaraq ödənilə bilər.

Qeyd olunur ki, "Tottenhem" Zabarnıya 70 milyon ödəməyə hazır idi, lakin futbolçu özü qətiyyətlə PSJ-yə keçmək istəyib.

İlya Zabarnıy 2023-cü ilin yanvarında Kiyev "Dinamo"sundan 22,7 milyon avroya "Bornmut"a keçib. 2024/25 mövsümündə o, bütün turnirlərdə 39 oyun keçirib və bir məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest