10 Avqust 2025, 14:11
FUTBOL
"Çelsi" yarımmüdafiəçisi Renato Veyqanı satmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
Bildirilir ki, London klubu Levi Kolvelin zədələnməsinə baxmayaraq, onunla yollarını ayırmağa hazırdır. Futbolçunun özü də yeni komandaya keçmək istəyir.
Madrid "Atletiko"su daha əvvəl Veyqa ilə bağlı iddia irəli sürmüşdü, lakin razılaşma baş tutmadı.
Qeyd edək ki, Veyqa ötən mövsümün ikinci yarısını "Yuventus"da icarə əsasında keçirib.