İniqo Martines "Barselona"dan ayrılıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, təcrübəli müdafiəçi Səudiyyə Ərəbistanından "Əl-Nəsr"ə keçmək üçün razılığa gəlib.

Qeyd edək ki, 34 yaşlı futbolçu iki mövsüm komandanın heyətində 71 matçda iştirak edib. Ötən mövsüm o, "Barselona"nın heyətində çempionluq yaşayıb və İspaniya Kubokunu qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest