"Fənərbaxça" klubu Xorvatiya təmsilçisi "Riyeka"da çıxış edən Niko Yankoviçi heyətinə qatır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "TRT Spor" paylaşıb.

Bildirilir ki, İstanbul klubu 23 yaşlı cinah oyunçusunun keçidi üçün klub ilə anlaşıb. "Sarı-lacivərdlilər" yaxın vaxtlarda Yankoviçi ölkəyə gətirməyi planlaşdırır.

Qeyd edək ki, xorvatiyalı vinger 2023-cü ildən "Riyeka"da çıxış edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest