"Beşiktaş"dan ayrılan Artur Masuaku "Sanderlend"lə keçib.

Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı konqolu sol cinah müdafiəçisi ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Beşiktaş" Artur Masuakunu 2022-ci ilin yayında "Vest Hem"dən transfer etmişdi. Konqo millisinin üzvü ötən mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 1 qol vurub və 10 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest