Futbol üzrə Niderland çempionatında 2025/2026 mövsümünə start verilib.

Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün formasını geyindiyi "Volendam" səfərdə "Herenven"in qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 26 yaşlı yarımmüdafiəçi yeni klubunda debüt matçına start heyətində başlayıb və 72 dəqiqə meydanda qalıb. O, 65-ci dəqiqədə komandasına 1 xal qazandıran qolu vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest