"Sumqayıt" son mövsümü Danimarkanın "Veyle" klubunda keçirmiş sabiq yarımmüdafiəçisi Masaki Murata ilə 2 illik anlaşma imzalayıb.

2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

Bildirilir ki, komanda son mövsümü Danimarkanın "Veyle" klubunda keçirmiş sabiq yarımmüdafiəçisi Masaki Murata ilə 2 illik anlaşma imzalayıb.

Murata "Sumqayıt"ın heyətində "71" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Masaki Murata 2022/23 mövsümünün ikinci yarısı və 2023/24 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 54 oyun keçirib. O, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest