10 Avqust 2025, 12:06
FUTBOL
"İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi MLS çempionatındakı növbəti oyunu buraxacaq.
Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xavyer Maskerano açıqlama verib.
O, təcrübəli hücumçunun "Orlando" ilə görüşdə meydana çıxmayacağını söyləyib:
"Hər şey qaydasındadır. Amma risk etməyəcəyik. Biz optimistik. Messi tezliklə sıralarımıza dönəcək".
Qeyd edək ki, Lionel Messi avqustun 3-də Liqa Kubokunda Meksikanın "Nekaks" komandasına qarşı keçirilən görüşdə zədələnib.