09 Avqust 2025, 11:00
FUTBOL
"Real"ın hücumçusu Endrik 2025/26 mövsümündə yeni nömrə altında çıxış edəcək.
Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Bundan sonra 19 yaşlı braziliyalı 9 nömrəli formanı geyinəcək. O, əvvəllər 16 nömrə altında çıxış edib.
Qeyd edək ki, ötən mövsüm Endrik bütün turnirlərdə 37 oyun keçirib (847 dəqiqə), 7 qol vurub və 1 məhsuldar ötürmə edib.