Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Liverpul"un hücumçusu Darvin Nunesin transferini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı uruqvaylı ilə 3 illik müqavilə imzalanıb. Sövdələşmənin maliyyə detalları açıqlanmayıb. Transferin məbləği 53 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, ötən mövsüm Nunes bütün turnirlərdə "Liverpul"un heyətində 47 matçında 7 qol vurub və 7 məhsuldar ötürmə verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest