İngiltərənin "Mançester Siti" klubu futbolçusu Rodrinin müqaviləsinin müddətini uzatmaq niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat paylaşıb.

Bildirilir ki, "şəhərlilər"in rəhbərliyi oyunçunun komandada qalmasını istəyir.

Yarımmüdafiəçinin xidmətində "Real" maraqlıdır. Rodri isə hələlik gələcəyi barədə qərar verməyib.

Qeyd edək ki, 2019-cu ildən "Mançester Siti"də çıxış edən futbolçunun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. 29 yaşlı oyunçu 2024-cü ildə "Qızıl top" mükafatını qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest