Millimizin üzvü Mahir Emreli bu gün "Kayzerslautern"in heyətində ikinci rəsmi oyuna çıxıb.

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli "Kayzerslautern"in heyətində Almaniya II Bundesliqasında ilk qələbəsini qazanıb.

Matc.az xəbər verir ki, onun komandası 2-ci turda "Şalke"ni məğlub edib.

Qarşılaşmanın taleyini 1 qol həll edib. "Kayzerslautern" fasilədən sonra fərqlənib. Start heyətində yer alan Mahir 72-ci dəqiqədə əvəzlənib. O, bundan 20 dəqiqə əvvəl sarı vərəqə ilə cəzlandırılıb.

Qeyd edək ki, ilk turda eyni hesabda uduzan Emrelinin komandası iki turdan sona 3 xalla 11-cidir. "Qırmızı iblislər" növbəti turda "Elversberq"in qonağı olacaqlar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest