İspaniyanın "Malyorka" klubunun qapıçısı Dominik Qreyf karyerasını Fransada davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "L'Equip" paylaşıb.

Bildirilir ki, 28 yaşlı slovakiyalı qolkiper "Lion" klubu ilə razılığa gəlib.

Onun keçidi I Liqa klubuna 4 milyon avroya başa gələcək. Həmçinin oyunçu üçün 1,25 milyon avroya qədər müxtəlif bonuslar da nəzərdə tutulub. Onun gələn həftə Lion təmsilçisinə yollanacağı yeni klubu ilə 5 illik müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, 2024/2025 mövsümündə Qreyf La Liqa klubunun heyətində meydana çıxdığı 32 matçda 37 qol buraxıb. 7 görüşdə isə qapısını toxunulmaz saxlaya bilib. Onun müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər qüvvədədir. "Transfermarkt" qapıçının dəyərini 6 milyon avro qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest