"Nyukasl" "Milan"ın müdafiəçisi Malik Tiavı transfer edəcək.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. "Nyukasl" 24 yaşlı almaniyalı mərkəz müdafiəçisi üçün A Seriyası təmsilçisinə 40 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, malik Tiav ötən mövsüm "Milan"ın heyətində keçirdiyi 31 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest