10 Avqust 2025, 10:47
FUTBOL
"Barselona"nın futbolçusu Andreas Kristensenlı bağlı planları dəyişib.
Matc.az xəbər verir ki, Kataloniya klubu daha əvvəl 29 yaşlı müdafiəçi ilə yollarını ayırmağa hazır idi.
Lakin İnyiqo Martinesin komandadan gedişindən sonra danimarkalı oyunçu heyətdə əsas müdafiəçilərdən biri ola bilər. "Barselona" rəhbərliyi sözləşmənin müddətini daha bir il uzatmağa hazırdır.
Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Qeyd edək ki, Andreas Kristensen ötən mövsümün böyük hissəsini zədə səbəbindən buraxıb.