10 Avqust 2025, 13:07
FUTBOL
"Mançester Yunayted"in hücumçusu Rasmus Hoyland karyerasını İtaliyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, "Milan" 22 yaşlı danimarkalı futbolçunu 45 milyon avroya satın alma şərti ilə 6 milyon avroya icarəyə götürmək istəyir.
Qeyd edək ki, Hoyland 2023-cü ilin yayından "Mançester Yunayted"də çıxış edir. O, bütün turnirlərdə 95 oyun keçirib, 26 qol vurub və 6 məhsuldar ötürmə edib.