Səs-küylü transferlərlə növbəti mövsüm üçün iddiasını ortaya qoyan “Turan Tovuz” daha bir əcnəbi ilə güclənir. Matc.az xəbər verir ki, Qərb təmsilçisi ötən futbol ilində azarkeşlərin rəğbətini qazanan oyunçularından birini geri qaytarır.

Söhbət ispaniyalı yarımmüdafiəçi Alxandro Serranodan gedir. 30 yaşlı futbolçu yaxın günlərdə Bakıya gələcək. Onunla 2 illik müqavilə bağlanması nəzərdə tutulub.   

Serrano “Turan-Tovuz”a  2023-cü ilin yayında “Hebar”dan transfer edilmişdi. Futbolçu ötən mövsüm komandanın heyətində keçirdiyi 30 görüşdə 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Qeyd edək ki, Kurban Berdıyevin çalışdırdığı komanda mövsümlərarası fasilədə David Oliveyra Tavareş (son klubu "Buzau", Rumıniya), Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb), Roberto Olabe ("İbiza", İspaniya), Oleq Baklov (son klubu “UFA”, Rusiya), İbrahima Vadji ("Sent-Etyen", Fransa) və Filip Ozobiçlə (son klubu "Neftçi") müqavilə bağlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest