UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə start verilir.

Matc.az xəbər verir ki, bu gün Azərbaaycan təmsilçisi "Sabah" da ilk oyuna çıxacaq.

Valdas Dombrauskasın rəhbərlik etdiyi komanda Bolqarıstanda "Levski"nin qonağı  oolacaq. Sofiyada baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü 14 avqust tarixində "Bank Respublika Arena"da keçiriləcək.

7 avqust

“Levski” (Bolqarıstan) - “Sabah” (Azərbaycan)

Georgi Asparuhov stadionu. Saat 22:00
Baş hakim: Duje Strukan
Baş hakimin köməkçiləri: Alen Yakşiç, Maryan Tomas
Dördüncü hakim: Ante Terziç
VAR: Mario Zebeç
AVAR: Ante Çulyak
(Hakimlər briqadası Xorvatiyadandır)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest