"Bavariya"nın futbolçusu Kinqsli Koman karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Əl-Nəsr" fransalı vingeri transfer etmək istəyir. Ərəblər Komana 3 illik müqavilə təklif edib. Almaniya klubu 29 yaşlı oyunçunu 30 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Kinqsli Koman ötən mövsüm "Bavariya"nın heyətində keçirdiyi 45 oyunda 9 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest