"Lester"in yarımmüdafiəçisi Vilfred Ndidi "Beşiktaş"a keçib.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat paylaşıb.

Bildirilir ki, İstanbul klubu 28 yaşlı nigeriyalı müdafiəçi yarımmüdafiəçi üçün 8 milyon avro ödəyib. "Beşiktaş" Ndidi ilə "3+1" sxemi ilə müqavilə imzalayıb.

Qeyd edək ki, nigeriyalı futbolçu "Lester"də 8,5 il çıxış edib, 303 oyunmeydana çıxıb, 18 qol vurub və 22 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest