09 Avqust 2025, 15:21
FUTBOL
İtaliyanın "İnter" klubu A Seriyasının digər təmsilçisi "Cenoa"nın müdafiəçisi Koni de Vinterlə müqavilə bağlamağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sport Italia" paylaşıb.
Bildirilir ki, tərəflər artıq danışıqlara başlayıb.
Milan klubu 2025/2026 mövsümü başlamazdan əvvəl 23 yaşlı belçikalı futbolçunu transfer etmək istəyir. "Cenoa"nın müdafiəçinin satışından 30 milyon avro qazanmaq niyyətində olduğu bildirilib. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, 2024/2025 mövsümündə "Cenoa"nın heyətində 26 matçda meydana çıxan de Vinter 3 qol müəllifi olub. "Transfermarkt" oyunçunun dəyərini 22 milyon avro qiymətləndirir.