"Vest Hem" "Lester"dən 25 yaşlı danimarkalı qapıçı Mads Hermanseni heyətinə qatmaqla qapıçı xəttini gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

Bildirilir ki, futbolçu daha bir mövsüm uzatmaq imkanı ilə beş illik müqavilə imzalayıb. Transfer 18 milyon funt-sterlinqə başa gəlib.

Qeyd edək ki, Hermansen ötən mövsüm "Lester"in heyətində 28 oyun keçirib və 60 qol buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest